Şənbə , 26 Aprel 2025
Drone Cameras

Azərbaycanda pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha 3 il uzadılır.

Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Ancaq təklif olunan dəyişikliyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Layihənin qeyd hissəsində göstərilib ki, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Check Also

Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur

Sosial xidmətə götürülən şəxslərdən sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələb olunacaq. Boyukmillet.com xəbər …