Bazar , 28 Aprel 2024
Drone Cameras

Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Boyukmillet.com-un məlumatına görə, fətvada mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanları təbrik edilib.

Bildirilib ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: “Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu – müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq – qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək”.

Check Also

Allahşükür Paşazadə: İlk dəfədir Ramazan bayramı namazı bütöv Azərbaycanda qılınır

Builki Ramazan bayramı xüsusi əhəmiyyətə malikdir. Çünki Xankəndidəki şər yuvası, separatizm ocağı artıq məhv edilib. …