Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq.
Boyukmillet.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.