İstehsalçılar qiyməti 50 qəpiyə qədər artırıblar
Azərbaycanda unun qiyməti 5 qəpikdən 50 qəpiyə qədər bahalaşıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,50 – 28,2 manat aralığında dəyişir.
Daha əvvəl bu rəqəm 26 – 28.20 manat olub.
Ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 50 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).
“Dəvəçi-Taxıl” MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.
2025-ci il fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:
“ATS MİLL” MMC – 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha);
“Anadoluqida” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha);
“AVETA” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha);
“KARAT HOLDİNQ” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 – 27.4 manat (15 qəpik baha);
“Dəvəçi-Dəyirman” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha);
“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha);
“NEON” firması – 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha);
“Nural” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha);
“Qarabağ un” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha);
“Hazartürk LTD” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
“Sünbül 2012” MMC, “Avrora” MMC və “Taxıl AQRO” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha);
“SKY AGRO” MMC və “Bakı Taxıl Terminalı” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha);
“Səma” fərdi firması, “PAK-NUR” firması, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “Karmen”, “Orxan Un”, “Xırman”, “Dəniz un sənayesi LTD” MMC- 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).
2025-ci il fevralın 1-dən Azərbaycanda çörəyin qiyməti artıb. Marketlərdə 55 qəpiyə satılan standart “Zavod çörəyi” alıcılara 65 qəpiyə təklif olunub. Bəzi çörək istehsalçıları mətbuata açıqlamalarında çörəyin qiyməti ilə bərabər çəkisinin də artdığını iddia ediblər. Yəni 55 qəpiyə satılan “Zavod çörəyi”nin çəkisi 510 qram idisa, indi çəki 620 qrama qaldırılıb. Bildirilib ki, ərzaq bazarına ağır çəkili və 10 qəpik baha qiymətə satılan yeni çeşiddə çörək çıxarılıb.
Dünya bazarında ərzaqlıq buğda ucuzlaşıb
Hazırda dünya bazarında ərzaqlıq buğdanın qiymətinin 200-210 dollara düşdüyü bildirilir.
2022-ci ildə bu rəqəm 340-350 dollar civarında olub.
2024-cü il Azərbaycan xaricdən 1 ton buğdanı orta hesabla 43 dollar daha ucuz alıb.
Dövlət Gömrük Komitəsinin bugünlərdə yaydığı statistikaya görə, 2024-cü ildə xaricdən Azərbaycana 279 milyon 681 min dollar dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.
2023-cü ildə Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175 min 341 ton buğda idxal edilmişdi.
Azərbaycana buğda idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 24 milyon 302 min dollar və ya 8% azalıb, miqdar ifadəsilə 116 min 685 ton və ya 10% artıb.
1 ton buğdanın orta statistik dəyəri 2023-cü ildə 259 dollar ikən, 2024-cü ildə 216 dollara düşüb (43 dollar ucuzlaşıb).
Rəsmi statistikaya görə, Azərbaycana çörək üçün illik 3.5 milyon ton buğda lazımdır.
Ölkə buğdaya olan tələbinin 40 faizini idxal hesabına ödəyir.
Ekspertlərin fikrincə, Azərbaycanda unun qiymətinin artımı rəqabət mühitinin olmaması ilə əlaqədardır.