Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanda yol qəzası: 12 nəfər xəsarət aldı – YENİLƏNİB

Şəmkirdə “Mercedes” markalı mikroavtobusu idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Belə ki, zərərçəkənlərə rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.

Yevlaxdan Şəmkirdəki istixanaya işçi daşıyan mikroavtobusda 20-dən çox sərnişin olub.

***

Şəmkirdə mikroavtobus su kanalına aşıb.

Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Bildirilir ki, mikroavtobus Yevlaxdan Şəmkirə istixanalardan birində işləyən fəhlələri daşıyırmış.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …