Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb.

Boyukmillet.com xəbər verir ki, bunu FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib.

Onun sözlərinə görə, şəxsi heyət axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə təmin olunub və onların Türkiyədə qalma müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Verilən tapşırıqların icrası tam yerinə yetirilənə qədər şəxsi heyət orada fəaliyyət göstərəcəkdir. Bildiyiniz kimi, iki gün öncə yola saldığımız qruplar artıq sutkalıq axtarış-xilasetmə əməliyyatlarına başlayıblar və müəyyən nəticələr var”.

Qeyd edək ki, 228 nəfərlik şəxsi heyət Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirəcək. 

https://core.telegram.org/widgets

Check Also

Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir. Boyukmillet.com xəbər verir ki, bunu Asiyada …