Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın 2 boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyinə start verilib.

Apasport.az saytının məlumatına görə, 8 gün davam edəcək yarışın ilk gününün gündüz seansında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Komandamızın heyətində ilk olaraq mübarizəyə Daniel Xolostenko qoşulub. 71 kq çəki dərəcəsində qüvvəsini sınayan ölkə çempionu Andrey Osiyevsçi (Moldova) ilə gücünü yoxlayıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Xolostenko rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edib.

Təmsilçimiz 1/8 final mərhələsində macarıstanlı Levent Qemeslə qarşılaşacaq. Görüş aprelin 17-də baş tutacaq.

Millimizin digər üzvü Səid Abdullayev (67 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Həmyerlimiz Samuel Quqliotta (İtaliya) ilə gərgin keçən döyüşdən üstün ayrılıb. O, 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Abdullayev bu mərhələdə türkiyəli Kaan Bilge ilə üz-üzə gələcək. O, ikinci döyüşünə aprelin 16-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyində oğlanların yarışında tam heyətlə təmsil olunur.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …