Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Azərbaycanın basketbol millisi bu gün 3-cü yer uğrunda oyuna çıxacaq

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında bu gün sonuncu oyununu keçirəcək.

Boyukmillet.com xəbər verir ki, yığma bürünc medal uğrunda matçda Lüksemburq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65, Moldovaya 75:66 hesabı ilə qalib gəlib. Yığma yarımfinalda isə Albaniyaya uduzub – 56:76.

Check Also

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl …