Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu – ÖZƏL

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.

Boyukmillet.com-un xəbərinə görə,  o özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra M.Fətəliyeva həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb. 

Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Fransa Avropada İtaliya, İspaniya və Almaniyadan sonra ən çox koronavirusun yayıldığı ölkədir. Son məlumata görə, bu ölkədə 25 233 adamda koronavirus aşkarlanıb. Bunlardan 3900 adam sağalıb, 1331 nəfər ölüb. 

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …