Şənbə , 20 İyun 2026
Drone Cameras

Vilayət Eyvazov karantin rejimini pozanlardan danışdı

“Ölkənin müxtəlif yerlərində postlar qoyulub, lakin buna baxmayaraq bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar”.

Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

O deyib ki, bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edilib, digər tədbirlər görülüb: “Bir nəfərə isə cinayət işinin qaldırılması itiqamətində işlər aparılır. Bakıya gəlişin məhdudlaşdırılmasına baxmayaraq, vətəndaşlar postlara qədər həm maşınla, həm də maşınsız gəlib, sonra da paytaxta girməyə cəhd edirlər. Belə şəxslərin 99 nəfəri konkret müəyyən olunub, barələrində müvafiq tədbirlər görülüb”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …