Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2 medal qazandı

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Boyukmillet.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günü cüdoçularımız 2 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq, qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) isə bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.

Check Also

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boyukmillet.com …