Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Azərbaycanın idarə, müəssisə və təşkilatları 6 ayda 610 milyon dollar portfel investisiyası yatırıb

Bu ilin I yarısında Azərbaycanın idarə, müəssisə və təşkilatları 610 milyon ABŞ dolları portfel invetisiyası yatırıb.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, qurumlar sərbəst vəsaitlərini yerli, eləcə də xarici qiymətli kağızlara yatırırlar ki, bu da gələcəkdə ölkəyə əlavə gəlirlərin daxil olması deməkdir.

Bundan başqa, S.Nədirov qeyd edib ki, 6 ayda idarə, müəssisə və təşkilatlar xarici borc öhdəliklərinin yerinə yetirilməsinə 700 milyon ABŞ dolları vəsait yönəldib.

“Hesabat dövründə ölkənin ümumi öhdəlikləri isə 1,3 milyard ABŞ dolları azalıb”, – deyə AMB rəsmisi əlavə edib.

Check Also

Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? 

ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb – dollar …