Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycanın iki boksçusu Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın iki boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala yüksəlib.

Boyukmillet.com-un məlumatına görə, Bilalhəbəşi Nəzərov (48 kq) və Zidan Hümbətov (51 kq) yarımfinal səddini uğurla keçib.

B.Nəzərov (48 kq) kubalı Manuel Sober Ruisi 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.

Z.Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər 3 raundda rəqibindən güclü olan boksçu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …