Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədəki vətəndaşlarımıza müraciət edib

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.

Boyukmillet.com  xəbər verir ki, müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb.

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaqları xahiş olunur: +90 536 613 86 48”, – məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …