Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanın “Ölsəm şəhid, qalsam qazi” anlayışı ilə mübarizəsində yanında olacağıq – Akar

“Türkiyə Silahlı Qüvvələri dost və qardaşlarının hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda etdiyi çıxışında deyib.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhədlər xaricində mübarizəsini davam etdirdiyini qeyd edib.

“Azərbaycanın “gecə-gündüz”, “dağ-təpə”, “yay-qış” demədən “Ölsəm şəhid, qalsam qazi” anlayışı ilə mübarizəsində sona qədər yanında olacağıq”, – H.Akar bildirib.

Hulusi Akar Cümhuriyyət tarixinin ən gərgin əməliyyat dövrünün yaşandığını əlavə edib. 

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …