Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycanın QHT rəhbərləri Ağdamdadır

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər.

Boyukmillət.com Reporta istinadən xəbər verir ki, onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər.

Nümayəndə heyəti Ağdamda ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olacaqlar.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …