Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq.

Boyukmillet.com xəbər verir ki, Antalyada təşkil olunan turnirdə 10 idmançı bacarığını göstərəcək.

Martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.

Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …