Cümə , 26 Aprel 2024

Fərdi

Aydın Süleymanlı: Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi

Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi. Boyukmillet.com xəbər verir ki, bunu kişilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatının qalibi olan Aydın Süleymanlı deyib. O, Azərbaycan milli komandasının üzvü olmaq istədiyini bildirib: “Düşünürəm ki, tez bir zamanda millimizi təmsil edəcəm. Oyunlarımız çətin keçdi. Seçmə mərhələdə bir o qədər yaxşı çıxış etmədim. Finala son anda vəsiqə qazandım. Lakin həlledici mərhələdə özümü yaxşı tərəfdən …

Read More »

Fərid Cəlalov: Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq

Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Boyukmillet.com xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət “Murov Az Terminal”ın baş məşqçisi Fərid Cəlalov Azərbaycan çempionatının finalında “Azərreyl”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Mütəxəssis rəqibin hücumda və müdafiədə yaxşı oynadığını bildirib: “Təəssüf ki, sonadək mübarizə aparsaq da, alınmadı. Heyətdə olan bəzi oyunçular üçün bu cür atmosfer yeni idi. Sonluq bizi …

Read More »

Leyla Əliyeva Azərbaycan Autizm Assosiasiyasının idmançı uşaqları ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Autizm Assosiasiyasının idmançı uşaqları ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Leyla Əliyevanın instaqramdakı hesabında paylaşım edilib. https://www.instagram.com/p/C6AyMQjoNdv/embed/captioned/?cr=1&v=14&wp=540&rd=https%3A%2F%2Freport.az&rp=%2Fferdi%2Fleyla-eliyeva-azerbaycan-autizm-assosiasiyasinin-idmanci-usaqlari-ile-gorusub%2F#%7B%22ci%22%3A0%2C%22os%22%3A1553%2C%22ls%22%3A308%2C%22le%22%3A1395.5%7D

Read More »

Həndbol çempionatı: “Qarabağ” “Azəryol”a qalib gəlib

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XVII turun oyunu keçirilib. Boyukmillet.com xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydana lider “Kür”lə 2 xallıq fərqi aradan qaldırmaq üçün çıxmıb. İlk “dördlük”də qərarlaşan “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi. Gərgin və maraqlı mübarizə ilə yadda qalan …

Read More »

Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

Azərbaycanın gənc avarçəkənləri Muğla şəhərində keçiriləcək kayak və kanoe üzrə “Bahar Kuboku” açıq Türkiyə çempionatında iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov, Əlimurad Hacızadə yarışda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, turnir aprelin 19-21-də baş tutacaq.

Read More »

Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub

Kanadada keçirilən şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri baş tutub. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb. Qeyd edək ki, Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.

Read More »

Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar. Boyukmillet.com xəbər verir ki, 15 yaşadək stolüstü tennisçilərdən ibarət millimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında çıxış edib. Qazaxıstan yığması birinci, Türkiyə ikinci yeri tutub. Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan …

Read More »

Şəhriyar Məmmədyarov: Gözəl mübarizə apardığı üçün Nicata təşəkkür edirik

Biz, şahmatseverlər gözəl mübarizən üçün sənə təşəkkür edirik. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov şəxsi feysbuk hesabında yazıb. 39 yaşlı qrossmeyster Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən Nicat Abasov haqqında fikirlərini bölüşüb. Məmmədyarov Abasovun gözəl şahmatçı olduğunu bildirib: “Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün böyük təşəkkürlər. Nicat bacardığını edir, bu, gözəldir. Bu yarışda məğlubiyyət ağır olur. Sonadək …

Read More »

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib

Mərakeşdə yaşayan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İCESCO) çalışan azərbaycanlı Müsəllim Əfəndiyev Mərakeş Krallığının Toubkal (4167 metr) zirvəsini fəth edib. Boyukmillet.com xəbər verir ki, 12-14 aprel tarixlərində həmyerlimiz və bir neçə yerli hiking həvəskarları müvəffəqiyyətlə Toubkal Milli Parkında yerləşən, Şimali Afrikanın və eyni zamanda Ərəb dünyasının ən hündür zirvəsi olan, Mərakeş Krallığının Toubkal yüksəkliyinə qalxıblar. Həmyerlimiz dəniz …

Read More »

“Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək

Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi tərəfindən açıqlanan il ərzində Azərbaycanda təşkil olunacaq beynəlxalq idman tədbirlərinin siyahısında qeyd olunub. İlk dəfə Şuşada baş tutacaq “Vüqar Həşimov Memorialı”nın onuncusu avqsutun 27-31-i aralığında keçiriləcək. Qeyd edək ki, bu superturnir 2023-cü ildə Qəbələdə təşkil edilib. Hindistan təmsilçisi Vidit Santoş Qucrati həmin …

Read More »