Çərşənbə axşamı , 7 May 2024

Fərdi

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə 5 qitənin ən istedadlıları sırasında yer alıb. Boyukmillet.com xəbər verir ki, o, Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq. İstedadlı idmançıya seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən həmin stolüstü tennisçilər yanvarın …

Read More »

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən “The Belt and Road 2023 to World Chess Woman’s Summit” beynəlxalq turnirinin qalibi olub. Azərbaycan Şahmat Federasiyasından “Report”a verilən məlumata görə, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb. Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub. …

Read More »

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) 2022-ci ilin maliyyə hesabatını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə MPK-nın prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, quruma il ərzində 1 374 184 manat vəsait daxil olub: “Onlardan 702 240 manatı büdcə vəsaitidir, 380 000 manatı Sosial Xidmətlər Agentliyi, 199 827 manatı (36 000 cüdoda təlim məşq …

Read More »

Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayının nəzdində padel tennis kortunun açılışı olub. Boyukmillet.com xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər. Açılış mərasimindən sonra F.Qayıbov və nazirliyin əməkdaşlarından ibarət iki rəmzi komanda formalaşıb və onlar öz aralarında formal oyun keçiriblər. Qeyd edək ki, padel tennis …

Read More »

Altay Həsənov: “Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu”

“Bu il federasiyanın 20 illiyini qeyd edirik. Bu gün yubileylə əlaqədar son tədbirimiz idi. İlin yekunlarından, nəticələrdən danışdıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Milli Gimnastika Arenasında qurumun yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, tədbirdə ilin yekunları və nəticələr müzakirə olunub: “Uzun yol keçmişik. 2002-ci ildə …

Read More »

Rafael Ağayev: “Bu titul Azərbaycan xalqınındır”

“Bu titul Azərbaycan xalqınındır”. Boyukmillet.com xəbər verir ki, bunu “Karate Combat”da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra deyib. 35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib: “Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım …

Read More »

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk günün nəticələri bəlli olub. Boyukmillet.com xəbər verir ki, qadınlar arasında 48 və 63 kq, kişilərin mübarizəsində isə 60 və 81 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib. Qadınlar 48 kq 1. Şəfəq Həmidova 2. Ramilə Əliyeva 3. Aişə Qurbanlı 3. Könül Əliyeva 63 kq 1. Aytac Qardaşxanlı 2. Nərgiz Hacıyeva 3. Rahidə Cavadova 3. Diana Şoranova Kişilər …

Read More »

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki , tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, federasiyaların rəhbərləri, Olimpiya çempionları və titullu idmançılar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan MOK üçün xüsusi olaraq hazırladığı, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında …

Read More »

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib. Boyukmillet.com xəbər verir ki, əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan sosial şəbəkədə yazıb: “Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi …

Read More »

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

“İnsan fiziki cəhətdən zəif olanda yox, psixoloji hazır olmayanda uduzur. Xüsusilə də məşqlərdə bu nüans vacib rol oynayır. Yarış isə bizim necə hazırlaşmağımızı göstərən səhnədir”. Boyukmillet.com xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov Bakıda keçirilən Dünya Kubokunun final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis bildirib ki, ilin sonu olduğu üçün güləşçilərdən bir …

Read More »