Bazar , 19 May 2024
Drone Cameras

Mədət Quliyev Mişel Turk ilə görüşüb

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Avropa Motosikletçilər İttifaqının keçmiş vitse-prezidenti Mişel Turk ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, Lüksemburqdan olan funksioner köhnə qitədə motosiklet idmanının hazırki vəziyyəti və inkişafı haqqında məlumat verib.

M.Quliyev isə ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bədən tərbiyəsi və idmanının inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

AVF prezidenti müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, yeni və müasir standartlara uyğun yolların inşası, həmçinin digər quruculuq işləri haqqında geniş məlumat verib.

O, gənclərin motosiklet idmanına böyük maraq göstərdiklərini, bu idman növünün Azərbaycanda populyar olduğunu bildirib.

M.Quliyev ölkə motosiklet idmanı üzrə yarışların keçirilməsi üçün inşa edilən yeni motokross treki, motoidmanın inkişafı istiqamətində aparılan digər işlər haqqında danışıb.

Görüş zamanı birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …