Bazar , 19 May 2024

Fərdi

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki , tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, federasiyaların rəhbərləri, Olimpiya çempionları və titullu idmançılar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan MOK üçün xüsusi olaraq hazırladığı, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında …

Read More »

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib. Boyukmillet.com xəbər verir ki, əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan sosial şəbəkədə yazıb: “Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi …

Read More »

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

“İnsan fiziki cəhətdən zəif olanda yox, psixoloji hazır olmayanda uduzur. Xüsusilə də məşqlərdə bu nüans vacib rol oynayır. Yarış isə bizim necə hazırlaşmağımızı göstərən səhnədir”. Boyukmillet.com xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Aleksandr Tarakanov Bakıda keçirilən Dünya Kubokunun final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis bildirib ki, ilin sonu olduğu üçün güləşçilərdən bir …

Read More »

Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, 5 gün davam edəcək yarışda milli 13 idmançı ilə təmsil olunacaq. Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif …

Read More »

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Boyukmillet.com xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq. İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq. Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa …

Read More »

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, sonuncu yarış günündə 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev, Murad Fətiyev, Nihad Şıxəlizadə və İbrahim Ağakişiyev tatamiyə çıxacaq. 100 kq-da yarışan Elmar Qasımov, Zelim Kotsoyev, Aslan Mirzəyev və Hüseyn Dadaşov medal qazanmağa çalışacaq. 100 kq-dan yaxarı çəkidə isə İbrahimxəlil Ömərov, Camal Qamzatxano, Kənan …

Read More »

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov bu gün Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, AGF rəhbəri yarışda Azərbaycan millisinə uğurlar arzulayıb. “Azərbaycanda yunan-Roma güləşi üzrə Dünya Kuboku başlayır. Əzm, möhkəm iradə və məharət tələb edən yarışda güləşçilərimizə yüksək əhval-ruhiyyə və qələbə arzulayırıq”, – deyə o bildirib. Qeyd …

Read More »

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Oktyabrın 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. Cüdoçular ilk iki gündə fərdi mübarizədə, sonuncu gündə isə komanda yarışında iştirak edəcəklər. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq. Kişilərdən Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev …

Read More »

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna hazırlıqlar davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan daha əvvəl sərbəst güləş üzrə belə mötəbər yarışı qəbul etmişdisə, “klassik növ” üzrə bu, ilk olacaq: “Son bir aydır ki, təşkilati işlər davam edir. Bu gündən isə …

Read More »

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, kapitan Ruslan Lunev güllə atıcılığı üzrə dünya çempionatında 2-ci yeri qazanaraq gümüş medal qazanıb. Boyukmillet.com xəbər verir ki, təmsilçimiz 25 m məsafəyə tapançadan atış yarışında fərqlənib. Dünya çempionatı Misirin Qahirə səhərində keçirilib.

Read More »