Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Azərbaycanın MMA döyüşçüsü zədəsini sağaldıb

“Bellator”da çıxış edən Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev zədəsini sağaldıb.

Bu barədə “Report”a 34 yaşlı idmançı məlumat verib.

Musayev rusiyalı Aleksandr Şabli ilə görüşdə qabırğasından xəsarət aldığını xatırladıb: “Artıq sağlamlığımı bərpa etmişəm və Bakıda məşqlərə başlamışam. Bu qarşılaşmada zədə olmasaydı, döyüş sonadək davam edəcəkdi”.

O, növbəti rəqibinin hələlik bəlli olmadığını, döyüşünün iyun və ya iyulda gerçəkləşə biləcəyini söyləyib.

Qeyd edək ki, Tofiq Musayev dünya Qran Prinsinin 1/4 final mərhələsində məğlub olmuşdu.

Check Also

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb. Boyukmillet.com xəbər verir ki, …