Bazar , 19 May 2024
Drone Cameras

Maqsud Fərzullayev: “Məqsədimiz hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır”

“Əsas məqsədimiz hər kəsə unudulmaz bir təcrübə yaşatmaqdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev “Formula 1” üzrə Azərbaycan Qran Prisinə bütün biletlərin satılması ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, yarışa sayılı günlər qalmış bütün tribunalara olan yerlərin satıldığını elan etməkdən məmnundurlar: “Bu il biz ötən illərlə müqayisədə rekord sayda azarkeşi qarşılayaraq, yarışı daha da yaddaqalan şəkildə keçirməyi hədəfləyirik. Bakı Şəhər Halqası olaraq biz bu yarışa tam hazırıq və həftəsonunda bütün azarkeşləri səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Formula 1” azarkeşlərinin sevimlisi olan Azərbaycan Qran Prisi bu il həm trekdə, həm də trekdən kənarda bənzərsiz bir coşğu və əyləncə vəd edir. Builki sprint yarışı cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisidir. Azarkeşlər üç gün davam edəcək möhtəşəm mübarizə, yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Bakı Bulvarındakı böyük səhnədə DJ Don Diablo və DJ Hardwell konsertlərindən zövq alacaqlar.

Yarış 28-30 aprel tarixlərində keçiriləcək.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …