Bazar , 19 May 2024
Drone Cameras

Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra qatılacaqları ilk beynəlxalq turnir müəyyənləşib

Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra qatılacaqları ilk beynəlxalq turnir müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, adıçəkilən ölkələrin idmançıları Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Konkret olaraq 20 cüdoçu mundialda fərdi idmançı kimi mübarizə aparacaq.

7-14 may tarixlərində baş tutacaq dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisi 9 çəki dərəsində 9 kişi və 4 qadınla təmsil olunacaq.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …