Çərşənbə axşamı , 7 May 2024

Fərdi

Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

Azərbaycanın gənc avarçəkənləri Muğla şəhərində keçiriləcək kayak və kanoe üzrə “Bahar Kuboku” açıq Türkiyə çempionatında iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov, Əlimurad Hacızadə yarışda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, turnir aprelin 19-21-də baş tutacaq.

Read More »

Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub

Kanadada keçirilən şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri baş tutub. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb. Qeyd edək ki, Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.

Read More »

Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar

Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Balıkesir şəhərində təşkil edilən “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar. Boyukmillet.com xəbər verir ki, 15 yaşadək stolüstü tennisçilərdən ibarət millimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi altında çıxış edib. Qazaxıstan yığması birinci, Türkiyə ikinci yeri tutub. Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan …

Read More »

Şəhriyar Məmmədyarov: Gözəl mübarizə apardığı üçün Nicata təşəkkür edirik

Biz, şahmatseverlər gözəl mübarizən üçün sənə təşəkkür edirik. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov şəxsi feysbuk hesabında yazıb. 39 yaşlı qrossmeyster Kanadanın Toronto şəhərində İddiaçılar Turnirində iştirak edən Nicat Abasov haqqında fikirlərini bölüşüb. Məmmədyarov Abasovun gözəl şahmatçı olduğunu bildirib: “Belə turnirdə ölkəmizi təmsil etdiyin üçün böyük təşəkkürlər. Nicat bacardığını edir, bu, gözəldir. Bu yarışda məğlubiyyət ağır olur. Sonadək …

Read More »

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib

Mərakeşdə yaşayan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İCESCO) çalışan azərbaycanlı Müsəllim Əfəndiyev Mərakeş Krallığının Toubkal (4167 metr) zirvəsini fəth edib. Boyukmillet.com xəbər verir ki, 12-14 aprel tarixlərində həmyerlimiz və bir neçə yerli hiking həvəskarları müvəffəqiyyətlə Toubkal Milli Parkında yerləşən, Şimali Afrikanın və eyni zamanda Ərəb dünyasının ən hündür zirvəsi olan, Mərakeş Krallığının Toubkal yüksəkliyinə qalxıblar. Həmyerlimiz dəniz …

Read More »

“Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək

Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi tərəfindən açıqlanan il ərzində Azərbaycanda təşkil olunacaq beynəlxalq idman tədbirlərinin siyahısında qeyd olunub. İlk dəfə Şuşada baş tutacaq “Vüqar Həşimov Memorialı”nın onuncusu avqsutun 27-31-i aralığında keçiriləcək. Qeyd edək ki, bu superturnir 2023-cü ildə Qəbələdə təşkil edilib. Hindistan təmsilçisi Vidit Santoş Qucrati həmin …

Read More »

Azərbaycan qılıncoynadanları Tunisdəki Qran-pridə çıxışlarını başa vurublar

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan millisi Tunisdə keçirilən Qran-pri turnirində çıxışını başa vurub. Boyukmillet.com xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta şəxsi yarışdakı ilk görüşündə İtaliya təmsilçisi Manuela Spicanı (15:8) məğlub edib. Təcrübəli idmançı ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən görüşdə macar Luca Szucsa (14:15) uduzub. Təsnifat mərhələsini uğurla adlayaraq ən güclü “64-lüy”ə yüksələn Səbinə Kərimova əsas mərhələdə …

Read More »

Azərbaycan xizəkçisi İspaniya Kubokunda 4-cü yeri tutub

Azərbaycanın xizək alpinizmi üzrə milli komandası İspaniya Kubokunda iştirak edib. Boyukmillet.com xəbər verir ki, idmançılar vertikal növündə öz güclərini sınayıblar. Yarışda yığma üzvü Nəbiyulla Qalabağıyev 30-a yaxın iştirakçı arasında 4-cü yeri tutub. Qeyd edək ki, Nəbiyulla Qalabağıyev daha əvvəl Fransanın Flaine bölgəsində təşkil edilən Avropa çempionatında eyni növdə 23-cü olub.

Read More »

Hacı Əliyevin “Zaqreb Open”ə aparılmamasının səbəbi müəyyənləşib

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyevin Xorvatiyada keçiriləcək “Zaqreb Open” turnirinə aparılmamasının səbəbi müəyyənləşib. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musayev “Report”a açıqlamasında 32 yaşlı üçqat dünya və dördqat Avropa çempionunun çəki salmamaq üçün bu addımı atdığını bildirib. O, “Zaqreb Open”də iştirak edən güləşçilərin az çəki salanlar olduğunu bildirib: “Onlarda ciddi problem olmur. Burada idmançılar çəki salaraq …

Read More »