Çərşənbə axşamı , 7 May 2024

Fərdi

Avropa çempionatında gümüş medal qazanan Azərbaycan millisi təltif edilib

Almaniyanın Düsseldorf şəhərində təşkil olunan at polosu üzrə 14-cü Avropa çempionatında gümüş medal qazanan Azərbaycan millisinin təltif olunması münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Atçılıq Federasiyasının nümayəndələri iştirak edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab …

Read More »

Azərbaycanın iki gimnastı beynəlxalq turnirlərdə medallar qazanıb

Azərbaycanın iki idman gimnastı beynəlxalq turnirlərdə uğurlu çıxış edib. Boyukmillet.com xəbər verir ki, yığmanın üzvü Nikita Simonov Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda qızıl medal qazanıb. 27 yaşlı idmançı halqalarla hərəkətin icrasında bütün rəqiblərini qabaqlayıb. Millinin digər gimnastı İvan Tixonov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “RoamGym Trophy 2023” beynəlxalq turnirində fərqlənib. O, dəstəkli atda bürünc medala …

Read More »

Azərbaycan atletləri beynəlxalq turnirlərdə qızıl medal qazanıblar

Azərbaycanın iki atleti beynəlxalq turnirlərdə qızıl medal qazanıb. Boyukmillet.com xəbər verir ki, üç təkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən XXXII Qosanov Memorialında bütün rəqiblərini qabaqlayıb. İdmançı 13.89 metr nəticə ilə özünəməxsus Azərbaycan rekordunu da yeniləyib. O, göstəricisini bir sm yaxşılaşdırıb. Çəkic atmada mübarizə aparan Anna Skidan isə Estoniyanın Pyarnu şəhərində baş tutan “Parnu Beach Stadium” …

Read More »

III Avropa Oyunları: Azərbaycan taekvondoçusu məğlub olub

Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb. Boyukmillet.com xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baçmanla (Almaniya) üz-üzə gəlib. Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq. Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Read More »

FIA-nın Baş Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının növbəti iclası 2023-cü il dekabrın 8-də Bakıda keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının saytı məlumat yayıb. Qeyd edilir ki, FIA-nın Baş Assambleyasının növbədənkənar iclası Kordova (İspaniyada) “Dəyişikliyin sürətləndirilməsi: Üzvlərə əsaslanan, Biliyə əsaslanan transformasiya” şüarı ilə keçirilib. FIA-nın üzvü olan klublar səsvermə prosesində iştirak edərək bir neçə təklifi, xüsusilə federasiyanın 2022-ci …

Read More »

Azərbaycanın veteran cüdoçuları Avropa çempionu olublar

Azərbaycanın usta cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutublar. Boyukmillet.com xəbər verir ki, yığma kişilər arasında 30 yaşa qədər cüdoçular arasında qızıl medal qazanıb. Milli komanda ilk görüşdə və yarımfinalda Fransanın müvafiq kollektivlərini məğlub edərək finala yüksəlib. Finalda Belçikaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan Avropa çempionu olub. Komandanın baş məşqçisi, veteranlar arasında 9 qat qitə çempionu …

Read More »

Ağdamda sambo güləşi üzrə ölkə turniri keçirilib

Ağdam Olimpiya İdman Kompleksində şəhid Əhliman Ağayevin xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib. “Report” xəbər verir ki, tədbirdə Ağdam RİH-in başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid atası, Qarabağ qazisi Hacı Əkbər Rüstəmov, dünya və Avropa çempionu İslam Qasımov, Olimpiya və Avropa Olimpiya oyunlarının hakimi Cabir İsmayılov, əməkdar məşqçi, SSRİ idman ustası, Azərbaycan …

Read More »

“Bakı Marafonu 2023″ün qalibləri müəyyənləşib

“Bakı Marafonu 2023″ün qalibləri müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub. Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub. Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” start götürüb. …

Read More »

ECA prezidenti: “Azərbaycandakı yarış Avropada avarçəkmənin inkişafına böyük töhfə verə bilər”

“Yarış çox yaxşı təşkil olunub. Bu, Avropada avarçəkmənin inkişafına böyük töhfə verə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Suqovuşan və Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası barədə danışarkən deyib. Quruma yenicə rəhbər seçilmiş funksioner ilk xarici səfərini Azərbaycana gerçəkləşdirdiyini bildirib: “Bu səbəbdən …

Read More »

Suqovuşanda Avropa və Dünya Kuboku keçirilə bilər

“Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zungrana və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbəri Tomas Koneçkoya Suqovuşandakı su hövzəsini göstərdik. Əminliklə söylədilər ki, gələcəkdə burada da Avropa və Dünya Kubokları keçirmək olar”. Boyukmillet.com xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası ilə bağlı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad …

Read More »