Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azərbaycanın titullu güləşçisi: “Rusiyalı idmançıların yarışlardan kənar qalmasını istəmirəm”

“Rusiyalı idmançıların yarışlardan kənar qalmasını istəmirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib.

32 yaşlı idmançı Rusiya idmançılarının güləşdə ən yaxşılardan hesab olunduğunu bildirib: “Sözsüz ki, onların olmaması bizə böyük üstünlük verir. Rusiya güləşçiləri hər zaman gözəl nəticələr əldə ediblər”.

Titullu pəhləvanın sözlərinə görə, idmanı siyasətə qatmaq olmaz: “Bu, tamam fərqli sahədir. Rusiya idmançıları da bizim kimi illər ərzində əziyyət çəkib hazırlaşırlar. Hansısa idmançının yarışdan kənarda qalmasını istəməzdim. Özüm bu əziyyətləri çəkmişəm və indi də çəkirəm. İdmançının işi çox çətindir, nəticə qazanmaq üçün çox şeylərdən keçirik. Onların yarışlara buraxılmaması bizim üçün əlverişli olur, amma Rusiya millisində mənim bir neçə yaxın dostum da var. İstəməzdim ki, onlar kənarda qalsınlar. Bunlardan biri də olimpiya çempionu Abdulrəşid Sadullayevdir. O, mənim ən yaxın dostlarımdan biridir. İstər Sadullayev, istərsə də digərlərinin kənarda qalmalarını istəməzdim. Əziyyət çəkirlər, bunun bəhrəsini görmələrini istəyirəm”.

Check Also

“Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək

Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Gənclər …