Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

“Report”un Ankara bürosunun xəbərinə görə, ziyarətdə səfir Rəşad Məmmədov və digər diplomatlar iştirak ediblər.

Məhəmməd Əmin Rəsulzadənin xatirəsi ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub.

Qeyd edək ki, bu gün M.Ə.Rəsulzadənin anadan olmasından 140 il ötür.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …