Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 4 medal qazanıb

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan komandası daha 4 medal əldə edib.

Boyukmillet.com-un məlumatına görə, Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yalnız final görüşündə uduzan Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, cüdoçuların qazandıqları medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, daha əvvəl Tural Səfquliyev (M-1, 100 kq) bürünc medala yiyələnib.

Azərbaycan yarışda 15 idmançı ilə təmsil olunur. Turnir bu gün başa çatacaq.

Check Also

Azərbaycanlı futbolçuların çıxış etdiyi komandanın azarkeşlərinə qadağa qoyulub

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin formasını geyindiyi “Ankaragücü” komandasının azarkeşlərinin Türkiyənin I Liqasında …