Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Azərbaycanın Xarkovdakı Fəxri Konsulu Suma vilayətinə tibbi maska yardımı etdi – FOTO

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövlətinin yürütdüyü siyasətin, ölkə başçımızın və onun ailə üzvlərinin bununla bağlı nümayiş etdirdikləri təşəbbüslərin , eləcə də, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının qarşısında qoyulan tapşırıqların ruhuna uyğun olaraq, ölkəmizin Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov Suma vilayətinə 10 min ədəd tibbi maska yardımı edib. Qeyd edək ki, bundan əvvəl Fəxri Konsul həmin vilayətə 5 min ədəd tibbi maska yardımı etmişdi. Edilən yardım Suma vilayətinin tibb müəsissələri arasında paylaşdırılıb və yerli vətəndaşlara paylanıb.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …