Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb”, – paylaşımda qeyd olunub.

Check Also

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə …