Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılır

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” sazişin qüvvədəolma müddəti uzadılır.

“Report”un xəbərinə görə, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılır.

Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair protokol Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …