Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub.

Boyukmillet.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli noyabrın 30-da Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alin Bayel ilə görüşüb.

Görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

Səfir Alin Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə, həmçinin 2-5 dekabr tarixlərində ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Araşdırmaçı: “Elçin Əfəndiyev hadisələrə ötən əsrin stereotipləri ilə yanaşır”

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. …