Bazar , 29 Mart 2026
Drone Cameras

Azərbaycanla Serbiya arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycan 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş”i təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …