Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması barədə sənəd təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Boyukmillet.com-un xəbərinə görə, sənəddə birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması qeyd edilib.

Bundan əlavə, sənəddə Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi müəyyənləşib.

Belə ki, tərəflər yaradılacaq birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

A. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

B. İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

C. Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

D. Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

E. Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

F. Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

G. İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …