Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanlı deputatlar Türkiyədə seçkiləri müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər.

Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRK PA, deputat Azay Quliyev ATƏT PA, deputatlar Rafael Hüseynov və Kamal Cəfərov AŞPA xətti ilə Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …