Cümə , 10 May 2024
Drone Cameras

Azərbaycanlılar Fransa Milli Assambleyasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçirib

Avropada yaşayan azərbaycanlılar Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə sosial şəbəkələrdə kampaniya keçiriblər.

Boyukmillet.com xəbər verir ki, kampaniya #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə keçirilib.

Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyıb.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …