Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Azəriqaz”: “Dünən hava şəraitinin kəskin soyuması ilə əlaqədar qaz istehlakı artıb”

Fevralın 9-da ölkədə hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq “Azəriqaz”ın boru xətlərinə 42 milyon 271 min kubmetr qaz qəbul edilib.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni gününün göstəricisindən 8 milyon 170 min kubmetr artıq qaz qəbulu deməkdir: “Ötən gün qəbul edilən təbii qazın 24 milyon 555 min kubmetri Bakı şəhəri və Abşeron yarımadası üzrə, 18 milyon 176 min kubmetr qaz isə regionlar üzrə qəbul edilib”.

R.Əhmədov bildirib ki, bu həcmlər bu il üçün qeydə alınan ikinci ən böyük göstəricidir: “İlk belə göstərici yanvar ayının 11-də qeydə alınıb. Həmin vaxt üçün bütün ölkə üzrə “Azəriqaz”ın qaz xətlərinə 46 milyon 567 min kubmetr qaz qəbul edilib”.

O qeyd edib ki, bəzi lokal hallar istisna olmaqla, qaz təchizatının rejimləri ilə bağlı heç bir problem yoxdur: “Havaların kəskin soyuması ilə bağlı aparılan təmir işləri də məhdudlaşdırılıb. Ötən gün istehlakçıların etbarlı, təhlükəsiz və dayanıqlı təbii qazla təmin edilməsi icra olunub”.

Check Also

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın …