Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

“Azərişığ”ın sədri Qubada vətəndaşları qəbul edəcək

Sabah saat 10:00-da “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, qəbul şəhərin Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda iştirak etmək istəyən şəxslər Quba Elektrik Şəbəkəsinə, səhmdar cəmiyyətinin 199 çağrı mərkəzinə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və yaxud immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Check Also

Azərbaycan qazının Avropaya ixracının illik həcmi 2026-cı ilə qədər 17 % artacaq

Azərbaycan Avropaya qaz ixracının illik həcmini 2026-cı ilə qədər 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % artıraraq 14 …