Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Azərişıq” Qarabağda hər il 20 milyon manata qənaət edəcək sistem yaradır

Azərişıq” ASC Qarabağda yeni elektrik enerjisi təchizatı sisteminin tətbiqinə başlayır.

Boyukmillet.com xəbər verir ki, yeni yanaşma əsasında 6-10 kV-luq elektrik veriliş xətt və transformator yarımstansiyaları ləğv ediləcək.

Onların yerinə müasir standartlara uyğun dərin girişli 35/04 kV-luq izolyasiyalı və mühafizəli elektrik təchizat sistemi yaradılacaq.

Mövcud plana əsasən Qarabağda 2 500 MVA-lıq 4 568 transformator yerləşdirilməlidir. Amma səhmdar cəmiyyətinin tətbiq etmək istədiyi yeni SMART yanaşma ilə ümumilikdə 790-800 MVT gücündə olan 198 transformator ixtisar olunacaq və həmin gücün 1 700 MVA-ya düşməsi deməkdir. Bu həmçinin 60 min hektar torpaq sahəsinə qənaət edilməsinə şərait yaradacaq.

“Azərişığ”ın yeni yanaşması Qarabağda illik 220 mln kVt/s yaxud orta hesabla 19,8 mln manatlıq elektrik enerjisi itkisinin də qarşısını alacaq.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …