Şənbə , 29 İyun 2024
Drone Cameras

“Azərbaycan bu silahı istədi və biz də satdıq, ermənilər isə…” – Lukaşenkodan rus jurnalistin sualına sərt cavab

“Azərbaycan bu silahı istədi və biz də satdıq, ermənilər isə…” – Lukaşenkodan rus jurnalistin sualına sərt cavab

“Belarusu qınamaq lazım deyil ki, o, Azərbaycanla silah alveri edir.”

Boyukmillet.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə rusiyalı jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Belarus “Polonez” raket kompleksinin sınağına həm azərbaycanlıları, həm rusları, həm də erməniləri dəvət edib:

“Onlar əmin olmalı idilər ki, bu silah həqiqətən çox yüksək keyfiyyətə malikdir. Azərbaycanlılar bizdən bu silahı almaq istədilər. Axı bizə bu ad altında aldığımız kredit qaytarmaq lazım idi. Və mən dedim ki, azərbaycanlılara satıram. Ermənilərə analoji kompleksin satılması təklif olunub. Ermənilər imtina etdilər, əsas gətirdilər ki, onlarda Rusiyanın “İsgəndər”i var və onu da paradda nümayiş etdiriblər. Biz azərbaycanlıların xahişini nəzərə alaraq bu kompleksi paradadək hazırladıq. Yəqin mənim günahım ondadır ki, mən parad üçün bu kompleks hazır etməyə çalışdım. Axı mən bunu ermənilərə də təklif etdim, dedilər ki, lazım deyil”.

Check Also

AZ/TV: FRANSIZ KÜPÜNƏ SİTAYİŞ

Qarabağdan hazırladığı reportajda maraqlı fakt təqdim edir. “Həftə” proqramında verilmiş bu videomaterialdan məlum olur ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir