Martın 1-də Türkiyə ilə Hollandiya arasında siyasi gərginlik baş vermişdir. Hollandiya hökuməti Türkiyə dövlətinin rəsmilərinə və vətəndaşlarına qarşı diplomatik rəzalətə imza atmışdır. Məsələ ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev böyükmillet.com-a açıqlamasında Hollandiya rəsmi dairələrinin bu addımını beynəlxalq diplomatik qaydaların kobud şəkildə pozulması kimi qiymətləndirmişdir. O, açıqlamasında bildirib: “Məlum olduğu kimi Hollandiya dünyanın diplomatiya tarixində görünməmiş rəzalətə yol açmışdır. Özünü “demokratiyanın beşiyi” adlandıran Hollandiyada anti-türk əhval-ruhiyyəsinin güclənməsi, milli və dini ayrıseçkilik siyasətinin aparılması bizi də ciddi narahat etməkdədir. Hər addımbaşı Azərbaycana da demokratiya dərsi keçməyə çalışan Avropada insan haqqlarının pozulması, irqçilik meyllərinin güclənməsi hər gün yeni müstəviyə qədəm qoyur. Türkiyəyə və Türkiyə rəsmilərinə qarşı Hollandiyanın anti-demokratik, qeyri-insani hərəkətlərini şiddətlə qınayır və daim Azərbaycan ictimaiyyətinin Türkiyənin yanında olduğunu bildirirəm”.
Check Also
ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir
Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün …
Boyukmillet.com Biz yanmasaq vətən yanar