Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Azərbaycan ilə Misir milli kitabxanaları arasında əlaqələr genişlənir

Noyabrın 22-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Misirin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni M.F.Axundzadə adına Milli Kitabxanasında olublar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov rəhbərlik etdiyi kitabxananın İsgəndəriyyə kitabxanası ilə əlaqələrindən danışıb və qarşılıqlı kitab mübadiləsi aparıldığını söyləyib, Bakıdakı Misir Mədəniyyət Mərkəzi ilə birgə layihələrdən söhbət açıb.

Bütün ərəb dünyasına yayılan “Ədəbiyyat xəbərləri” qəzeti haqqında qısa məlumat verən baş redaktor Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığı müsbət dəyərləndirib və kitabxana haqqında materialları qəzetə göndərməyi tövsiyə edib.

Sonra kitabxana ilə tanış olan qonaqlara burada reallaşdırılan yeni layihələr barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Sonda “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoruna ölkəmizlə bağlı kitablar hədiyyə edilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir