Azərbaycanın neft və qaz sənayesinə 1995-ci ildən indiyədək ümumilikdə 92 mlrd. ABŞ dolları həcmində investisiya yatırlıb. “Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
V.Bəylərbəyovun sözlərinə görə, son bir neçə ildə xam neft hasilatı azalıb: “Son bir neçə ildə neft hasilatı 7-10% azalıb. Düşünürəm ki, 2020-ci ildə bu proses stabilləşəcək”.
“Bu gün “Şahdəniz”dən illik 10 mlrd. kubmetr həcmində qaz, 2,5 mln. ton neft hasil edilir. 2016-cı ilə qədər “Azəri-Çıraq-Günəşli” yataqlarına 30 mlrd. dollara qədər investisiya yatırılıb, burada 400-dən çox quyu qazılıb”, – deyə SOCAR rəsmisi qeyd edib.
Check Also
İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …
Boyukmillet.com Biz yanmasaq vətən yanar