Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Pakistanda törədilmiş partlayış nəticəsində azı 10 nəfər həlak olub

Pakistanın şimal-şərqindəki “Qəbilələr zonası”nda törədilmiş partlayış nəticəsində azı 10 nəfər həlak olub, 8 nəfər yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var.

Partlayıcı qurğu dayanacaqda, insanlar avtobusa minərkən işə salınıb.

Hələlik partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.

“Qəbilələr zonası” Pakistanın Əfqanıstanla sərhədində yerləşir və ölkənin sabitlik olmayan ərazilərindən biridir. Bu ilin mart ayında Pakistan hökuməti “Qəbilələr zonası”nın Xayber-Paxtunxva əyaləti ilə birləşdirilməsinə dair qərar qəbul edib.

 

AZƏRTAC

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir