Cümə , 27 Dekabr 2024
Drone Cameras

Azərbaycan səfiri Ukrayna mətbuatında “Onlar bizim uşaqlarımızı öldürürlər” yazısı ilə dünyaya səsləndi

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın nüfuzlu www.lb.ua saytında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini qətlə yetirilməsinə dair “Onlar bizim uşaqlarımızı öldürürlər” başlıqlı analitik yazısı (https://lb.ua/blog/azer_khudiev/370757_ubivayut_detey.html) dərc edilib.

Azər Xudiyev yazısında qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində dinc sakinlər – 2 yaşlı Zəhra Quliyeva və nənəsi həlak olub, bir sakin isə ağır yaralanıb.

“Ən böyük faciə uşaq ölümüdür. Bu, birinci hal deyil. Ermənilərin təxribatı nəticəsində Azərbaycanın dinc sakinləri həlak olublar. Çox təəssüf ki, uşaqlar birinci dəfə deyil ki, öldürülür”, – vurğulayan səfir yazısında 2011-ci ilin martın 8-də və iyulun 14-də erməni vandalları tərəfindən azərbaycanlı uşaqların qətlə yetirildiyini xatırladıb.

Diplomat bildirib ki, müharibədə dinc sakinlərin, xüsusən də uşaqların öldürülməsi terrorizm aktıdır. Bunun günahkarı birinci növbədə Ermənistan prezidenti Serj Sarkisyan və onun rəhbərlik etdiyi cinayətkar hakimiyyətdir. O hakimiyyət ki, dinc azərbaycanlıların qanını axıtmaqla Ermənistanın siyasi elitasına gəlib.

Səfir analitik yazısında Azərbaycan Ordusunun bölgənin ən qüdrətli ordusu olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin istənilən zaman işğal altında olan torpaqlarımızı geri qaytarmağa hazır olduğunu vurğulayıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir