Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Azərbaycan əsilli siyasətçi yenidən Türkiyə parlamentinin deputatı seçildi

Azərbaycan əsilli siyasətçi Şamil Ayrım Türkiyə parlamentinin deputatı seçilib.

Bu barədə virtualaz.org-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, o, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) təmsilçisi kimi qalib gəlib.

Ş.Ayrım 27-ci çağırış parlamentdə İstanbul şəhərini təmsil edəcək.

Məlumatda o da qeyd olunur ki, Dövlət Komitəsinin sədri Fuad Muradov bu münasibətlə Şamil Ayrıma zəng edərək ona təbriklərini çatdırıb, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Türkiyəli millət vəkili öz növbəsində bildirib: “Biz daim Türkiyəni və Azərbaycanı güclü görmək arzusundayıq. Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacağam. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacağam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu yöndə də əlimdən gələni etməyə hazıram”.

Türkiyəli millət vəkili həmçinin Azərbaycana səfəri zamanı Fuad Muradovla görüşəcəyini də vurğulayıb.

Qeyd edək ki, Ş.Ayrım bundan əvvəl 20 və 21-ci çağırışlarda da parlamentdə təmsil olunub.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir