Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Azərbaycan taekvondoçusu Yunanıstanda bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Yaprak Eriş Yunanıstanın paytaxtı Afinada “DTF Prezident Kuboku” yarışında mükafatçılar sırasına düşməyi bacarıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü ardıcıllıqla Asimina Tzortzi (Yunanıstan), Loriqan Selin (Fransa), Raheleh Asemani (Belçika) və Patrisiya Adamkieviçi (Polşa) yarışdan kənarlaşdıraraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə rusiyalı Yekaterina Kimə uduzan Y.Eriş turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandaları aprelin 27-də start götürən və sayca ikinci olan yarışda 35 idmançı ilə təmsil olunur. Bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə edəcəklər. Yarışa aprelin 30-da yekun vurulacaq.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir