Şənbə , 15 Mart 2025
Drone Cameras

Azərbaycan yığmasının yeni velosipeçisi: “Əlimdən gələni edəcəyəm”

“Azərbaycan vətəndaşlığına keçmək mənim üçün böyük şərəfdir”.

“Report”un məlumatına görə, bunu “Synergy Baku” kontinental velosiped komandasının üzvü Kirill Pozdnyakov syclingnews-a açıqlamasında bildirib.

27 yaşlı idmançı bildirib ki, vətəndaşlığını dəyişdikdən sonra Azərbaycan millisinin üzvü kimi qatılacağı yarışları səbirsizliklə gözləyir: “Hazırda Azərbaycan adına reytinq xalları əldə etmək üçün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) keçirdiyi yarışların intizarındayam. Azərbaycan xalqına minnətdarlıq əlaməti kimi əlimdən gələni edəcəyəm”.

Komandada yaxşı velosipedçilərin olduğunu vurğulayan rusiyalı legioner onlara qoşulduqdan sonra heyətin daha da güclənəcəyini və uğurla çıxış etməyə çalışacaqlarını söyləyib.

Pozdnyakovun milliləşdirilməsindən sonra “Synergy Baku”nun heyətində əcnəbi ölkənin cəmi bir vətəndaşı olacaq. Bu, xorvatiyalı Yosip Rumasdır. Digər velosipedçilər isə Maksim Averin, Elçin Əsədov, Elgün Əlizadə, Ənvər Asanov, Kənan Qəhrəmanlı, İsmayıl İlyasov və Samir Cəbrayılovdur. Yeganə yeni ehtiyat velosipedçi Musa Mikayılzadədir. Bu heyət 3 – 7 mayda “Tour d Azerbaidjan” veloyürüşünə qatılacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ötən illər ərzində əcnəbi idmançıların gördükləri işləri yüksək qiymətləndirdiklərini, amma artıq yerli atletlərə köklənməyin zamanı gəldiyini bildirib: Gənc velosipedçilərimizin çıxışları bizə böyük ümidlər verir. Podnyakov da artıq azərbaycanlıdır. O və digər veteran atletlərimiz bizə uğurlar, gənclərə isə böyük gələcək bəxş edəcəklər”. 

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir