Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Azərbaycana Hindistandan donuz qripi təhlükəsi

Baytarlıq Xidməti narahatlığa əsas görmür, Taun Əleyhinə Stansiya isə “Heç bir ölkə heç nədən sığortalanmayıb” deyir…

Hindistanda bu ilin əvvəlindən donuz qripindən ölənlərin sayı 600 nəfəri keçib. “Trend”in məlumatına görə, təkcə Maharaştra ştatında 284, Qucarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub. Ümumilikdə Qucarat ştatında 2000-dən çox yoluxma halı qeydə alınıb. Bundan başqa, Kerala ştatında 63, Racasthan ştatında isə 59 nəfər “donuz qripi”ndən həlak olub.
Azərbaycana da Hindistandan ət və müxtəlif məhsullar gətirilir. Həm də bu ölkədən Azərbaycana gələn turistlərdə olur. bu nöqteyi-nəzərdən donuz qripi ölkəmizə də ayaq aça bilərmi?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Azərbaycana bu xəstəliyin gəlmə ehtimalının olmadığını dedi: “Heyvanlar arasında belə bir xəstəlik qeydə alınmayıb. Ancaq insanlar arasındadır. Baytarlıq nöqteyi-nəzərdən heç bir təhlükə və qorxu yoxdur”.

Image result for Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli

Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova bununla bağlı ölkmizdə lazımı tədbirlərin aparıldığını dedi: “Donuz qripi infeksion bir xəstəlikdir və A qrupuna aiddir. Buna insanlar hava damcı yolu ilə yoluxur. Heç bir ölkə heç nədən sığortalanmayıb. Səhiyyə Nazirliyi bütün tədbirləri görür ki, təhlükəli infeksiyalar respublikamıza gəlməsin. Bu tədbirlər əsasən odur ki, keçid məntəqələrində termoviza adlı bir cihaz quraşdırılıb. Bu cihaz insanlarda hərarəti təyin edir. Əgər yüksək hərarət olarsa, bu təyin olunur və həmin insanlar haqqında tibb müəssisələrinə məlumatlar verilir. Amma heç kim deyə bilməz ki, bu bizə də gələ bilməz. Tədbirlərimizi gücləndiririk, ciddi nəzarət aparırıq ki, belə hallar baş verməsin. Baş versə belə bunun üçün qripə qarşı yoluxucu şöbələrdə yerlər var. Bu insanlar orada müalicə olunacaq. Yəni bütün tədbirlər görülür”.

Image result for Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova

Qeyd edək ki, donuz qripinə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. Donuz gripi donuzlarda bütün il boyu özünü büruz? ver? bil?r. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma quş qripindən azacıq fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya (qarın işləmə) halları sıx-sıx müşahidə olunmur.

Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır. A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə təcili evə həkim çağırmaq, çoxlu miqdarda maye qəbul etmək, maska və ya pambıq tənzifli maska taxmaq, əlləri tez-tez sabunla yumaq lazımdır. Ailədə xəstə şəxslə təmas zamanı gigiyena qaydalarına əməl edilməlidir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir